"Kapital Bank" müsabiqə qaliblərini mükafatlandırıb

"Kapital Bank" müsabiqə qaliblərini mükafatlandırıb Qaliblərə iPhone 6S, PlayStation 4, Smart Wheel və Nikon D5200 markalı fotoaparatlar hədiyyə edilib
Maliyyə
29 Sentyabr , 2016 11:17
Kapital Bank müsabiqə qaliblərini mükafatlandırıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ "Kapital Bank" ASC  "BirKart"ın Facebook səhifəsində “Birincilərin oyunu” adlı müsabiqə keçirib. 

Bu barədə "Report"a bankdan bildirilib. 

Müsabiqənin şərtlərinə görə, iştirakçılar səhifədəki oyunu oynayaraq, xallar toplayıb, həftənin qalibi olub, qiymətli hədiyyələr qazanıblar.

4 həftə davam edən müsabiqə ərzində iPhone 6S, PlayStation 4, Smart Wheel və Nikon D5200 markalı fotoaparatlar sahiblərini tapıb. Qaliblərə hədiyyələr ötən gün "Kapital Bank"ın baş ofisində təqdim edilib.

Qeyd edək ki, "BirKart" özündə kredit, taksit, maaş, pensiya, depozit, bonus və debet kart funksiyalarını birləşdirir.

"BirKart" rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur. Visa Classic, Visa Gold və Visa Platinum əsasında olan "BirKart" 36 ay müddətinə verilir, onun balansındakı məbləğ isə müştərinin aylıq gəlirindən asılı olaraq 10 000 manatadək ola bilər. Kartdan nağdsız xərclənən məbləği, 40 günədək faizsiz güzəşt müddəti ilə, Bankın partnyor şəbəkəsində xərclənən məbləği isə 2-12 və 18 ay müddətə taksitlə ödəmək olar.

"BirKart"dan məbləğin, həmçinin bankomatlarından nağd çıxarılması da mümkündür. "BirKart"dan kredit qismində xərclənən vəsait məvacib, təqaüd və ya müştərinin mədaxil etdiyi məbləğdən silinə bilər. Bundan başqa, "BirKart"a müştərinin yerləşdirdiyi şəxsi pul vəsaitinə kartın növündən asılı olaraq, illik 3%-dək əmanət faizi hesablanır. Nağdsız ödənişlər etdikdə isə, "BirKart"ın balansına müəyyən bonuslar yığılır və bu bonusları pula çevirmək mümkündür.

Son xəbərlər

Orphus sistemi