Yuxarı
    Bağlamaq

    "​Kapital Bank" mərkəzi filiallarını gücləndirilmiş rejimə keçirir

    Bu, Səbail, İçəri Şəhər, Mərkəz, Xətai və Ganjlik Mall filiallarıdır

    Bakı. 10 iyun. REPORT.AZ/ Bakıda keçiriləcək "Formula 1" Avropa Qran-Prisi ilə əlaqədar olaraq “Kapital Bank” ASC-nin Bakı şəhərinin mərkəzində yerləşən bir sıra filialları iyunun 10-dan 21-dək şənbə və bazar günləri də işləyəcək. Bu, "Səbail", "İçəri Şəhər", "Mərkəz", "Xətai" və "Ganjlik Mall" filiallarıdır. Bu filiallar həmin tarixlərdə saat 09:00-dan 21:00-dək fəaliyyət göstərəcək. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

    Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi