Bakı. 10 iyun. REPORT.AZ/ Bakıda keçiriləcək "Formula 1" Avropa Qran-Prisi ilə əlaqədar olaraq “Kapital Bank” ASC-nin Bakı şəhərinin mərkəzində yerləşən bir sıra filialları iyunun 10-dan 21-dək şənbə və bazar günləri də işləyəcək. Bu, "Səbail", "İçəri Şəhər", "Mərkəz", "Xətai" və "Ganjlik Mall" filiallarıdır. Bu filiallar həmin tarixlərdə saat 09:00-dan 21:00-dək fəaliyyət göstərəcək. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir.