Yuxarı
    Bağlamaq

    “Kapital Bank” komissiyanı ləğv edib

    Artıq müştərilər konvertasiya əməliyyatını bankın gündəlik alış-satış kursuna əsasən həyata keçirə biləcəklər© Report

    Bakı. 27 sentyabr. REPORT.AZ/ “Kapital Bank” ASC bütün ödəniş kartları üzrə konvertasiya komissiyasını ləğv edib.

    “Report” Banka istinadən xəbər verir ki, artıq müştərilər konvertasiya əməliyyatını bankın gündəlik alış-satış kursuna əsasən həyata keçirə biləcəklər.

    “Kapital Bank” “Visa International” və “MasterCard” beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Ödəniş kartlarını Bankın filiallarında və yaxud www.kapitalbank.az ünvanında yerləşın korporativ saytından onlayn rejimdə sifariş etmək mümkündür.

    “Kapital Bank” Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Hazırda Bankın dövriyyədə 3 mln. ədədə yaxın ödəniş kartı var.

    “Kapital Bank”ın prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. Bankın ölkə üzrə 600 bankomatı, 9 min POS terminalı vardır.

    Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi