"Kapital Bank" yenilənmiş filialını istifadəyə verib

"Kapital Bank" yenilənmiş filialını istifadəyə verib İlin sonunadək daha bir neçə filiallın yeni konsepsiyaya uyğun əsaslı təmiri planlaşdırılır
Maliyyə
14 Noyabr , 2016 11:01
Kapital Bank yenilənmiş filialını istifadəyə verib

Bakı. 14 noyabr. REPORT.AZ/ "Kapital Bank" ASC filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində "Cəfər Cabbarlı" filialının yenilənmiş ofisini istifadəyə verib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, yeni konsepsiya əsasında təmir edilən filial Bakı şəhəri, C.Cabbarlı küçəsi,13 ("Nizami" metro stansiyasının yaxınlığında) ünvanında yerləşir. Artıq müştərilər yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

"Kapital Bank"ın yeni konsepsiya əsasında təmir edilən "Cəfər Cabbarlı" filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və s. bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, "Kapital Bank" filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. Cari il ərzində 4 şəhər ("Şuşa", "28 May", "Binəqədi" və "Cəfər Cabbarlı") və 5 region (Şabran, Lerik, Qax, Qəbələ və Bərdə) filialı yeni konsepsiyaya uyğun əsaslı təmir olunub, yeni "Gənclik Mall" filialı açılıb. Bundan əlavə, ilin sonunadək daha bir neçə şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunaraq istifadəyə verilməsi planlaşdırılır. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam edir.

Son xəbərlər

Orphus sistemi