“Kapital Bank”ın xalis mənfəəti 37% artıb

“Kapital Bank”ın xalis mənfəəti 37% artıb “Kapital Bank” ASC 2019-cu ili 134,708 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
17 Yanvar , 2020 12:32
“Kapital Bank”ın xalis mənfəəti 37% artıb

“Kapital Bank” ASC 2019-cu ili 134,708 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 37,4% çoxdur.

Ötən il “Kapital Bank”ın gəlirləri 571,302 milyon manat (illik müqayisədə 24,6% çox), xərcləri 273,156 milyon manat (16,2% çox), xüsusi ehtiyatlara ayırmaları 125,554 milyon manat (34,4% çox), mənfəət vergisi ödəmələri isə 37,884 milyon manat (19,2% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Kapital Bank”ın aktivləri 4 143,322 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,5% çoxdur. Bunun 1501,354 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Ötən il Bankın kredit portfeli 16,3% böyüyüb.

Hesabat dövründə “Kapital Bank”ın öhdəlikləri 11,2% artaraq 3 718,269 milyon manata, o cümlədən depozit portfeli 9,8% artaraq 3 235,996 milyon manata, balans kapitalı isə 14,3% artaraq 425,053 milyon manata çatıb.

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 225,85 milyon manatdır. Bankın səhmlərinin 99,88%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 0,12%-i isə 188 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi