Yuxarı

“Kapital Bank”ın səhmdarlarına dividend ödəniləcək

Bakı. 22 fevral. REPORT.AZ/ Bu ilin aprelin 12-də “Kapital Bank” ASC-nin səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” banka istinadən xəbər verir ki, ümumi yığıncaq “Kapital Bank”ın baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında (M.Müşfiq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı) baş tutacaq.

Ümumi yığıncaqda “Kapital Bank” ASC-nin 2018-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması, ötən ilin maliyyə fəaliyyətinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi və digər məsələlər müzakirə ediləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi