“Kapital Bank”ın səhmdarlarına dividend ödəniləcək

“Kapital Bank”ın səhmdarlarına dividend ödəniləcək Bakı. 22 fevral. REPORT.AZ/ Bu ilin aprelin 12-də “Kapital Bank” ASC-nin səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək.
Maliyyə
22 Fevral , 2019 09:21
“Kapital Bank”ın səhmdarlarına dividend ödəniləcək

Bakı. 22 fevral. REPORT.AZ/ Bu ilin aprelin 12-də “Kapital Bank” ASC-nin səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” banka istinadən xəbər verir ki, ümumi yığıncaq “Kapital Bank”ın baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında (M.Müşfiq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı) baş tutacaq.

Ümumi yığıncaqda “Kapital Bank” ASC-nin 2018-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması, ötən ilin maliyyə fəaliyyətinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi və digər məsələlər müzakirə ediləcək. 

Son xəbərlər

Orphus sistemi