“Kapital Bank”ın rəhbərliyində gözlənilən dəyişikliyin mahiyyəti açıqlanıb

“Kapital Bank”ın rəhbərliyində gözlənilən dəyişikliyin mahiyyəti açıqlanıb Bakı. 8 oktyabr. REPORT.AZ/ “Kapital Bank” ASC-nin səhmdarlarının noyabrın 8-də keçirəcək növbədənkənar ümumi yığıncağında bankın Audit Komitəsinə ediləcək dəyişikliyin mahiyyəti açıqlanıb.
Maliyyə
8 Oktyabr , 2018 11:08
“Kapital Bank”ın rəhbərliyində gözlənilən dəyişikliyin mahiyyəti açıqlanıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ “Kapital Bank” ASC-nin səhmdarlarının noyabrın 8-də keçirəcək növbədənkənar ümumi yığıncağında bankın Audit Komitəsinə ediləcək dəyişikliyin mahiyyəti açıqlanıb.

Bu barədə “Report”a maliyyə bazarındakı mənbə bildirib.

Onun sözlərinə görə, komitənin üzvü Murad Əhmədovu Ramil Heydərovun əvəz edəcəyi gözlənilir. Yeni üzv həm də “Kapital Bank”la birlikdə “PAŞA Holdinq” MMC-də təmsil olunan “PAŞA Bank” ASC-nin Gürcüstandakı törəməsinin Audit Komitəsinin üzvüdür.

Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 205,85 mln. manatdır. Bankın səhmlərinin 99,86%-i daxil olduğu holdinqə, 0,14%-i isə 190 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi