“Kapital Bank”ın müştəriləri qiymətli hədiyyələr əldə ediblər

“Kapital Bank”ın müştəriləri qiymətli hədiyyələr əldə ediblər Bank "Gündəlik tələbat krediti" məhsulu üzrə hədiyyəli aksiyaya yekun vurub
Maliyyə
16 Yanvar , 2017 12:14
“Kapital Bank”ın müştəriləri qiymətli hədiyyələr əldə ediblər

Bakı. 16 yanvar. REPORT.AZ/ “Kapital Bank” ASC Yeni İl münasibətilə 14 dekabr 2016-cı il – 13 yanvar 2017-ci il tarixləri arasında “Gündəlik tələbat krediti” məhsulu üzrə hədiyyəli aksiya keçirib. “Report”un Bankın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, aksiya ərzində 3 müştəri "iPad", 2 müştəri "iPhone 7", 7 müştəri "Samsung" televizoru və 10 mindən artıq müştəri 5%-dək endirim əldə edib.

Məlumata görə, kredit rəsmiləşdirən müştərilərə xüsusi kuponlar təqdim edilib və müştəri yerindəcə ona təqdim edilən kuponu silərək, qazandığı hədiyyəni müəyyən edib. Qeyd edək ki, bütün kuponlar hədiyyəli olub.

Kampaniyanın şərtlərinə görə, “Gündəlik tələbat krediti”nin məbləği 300-15 000 manat təşkil edir və 6-36 ay müddətinə rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və ya təqaüdünü "Kapital Bank"dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər

Orphus sistemi