Yuxarı
    Bağlamaq

    "Kapital Bank"ın dəstəyi ilə keçirilən “Made in Azerbaijan-2” layihəsi yekunlaşıb

    Qaliblərə bankın adından pul mükafatı, korporativ hədiyyələr, həmçinin sertifikatlar təqdim edilib

    Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanda təhsilin inkişafına mühüm önəm verən "Kapital Bank" ASC-nin Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün keçirdiyi “Made in Azerbaijan – 2” müsabiqəsi başa çatıb. 

    Bu barədə "Report"a Bankdan bildirilib. 

    Qeyd edək ki, müsabiqənin şərtlərinə əsasən, tələbələr Azərbaycan brendini yaratmaq üçün öz biznes ideyalarını təqdim ediblər. Ötən gün layihə yekunlaşıb və qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbirin sonunda 6 finalçı biznes ideyalarını təqdim edib və münsiflər heyəti 3 qalibi seçib. Qaliblərə "Kapital Bank" adından pul mükafatı, korporativ hədiyyələr, həmçinin sertifikatlar təqdim edilib. I yerin qalibi 2000 manat, II yerin qalibi 1500 manat, III yerin qalibi isə 1000 manat mükafatlandırılıb. Digər finalçılara isə korporativ hədiyyələr verilib.

    “Ötən il "Kapital Bank"la UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində “Made in Azerbaijan” layihəsi keçirilib, həmçinin “İnnovativ Bankçılıq” laboratoriyası tələbələrin ixtiyarına verilib. Bu ilki müsabiqədə də bir sıra maraqlı biznes ideyalar təqdim edilib və ən yaxşıları seçilib. "Kapital Bank" gələcəkdə də UNEC-lə müxtəlif layihələrin həyata keçirilməsini planlaşdırır” – deyə, "Kapital Bank"ın İnsan resurslarının İdarə edilməsi Departamentinin direktoru Fərqanə Məmmədova bildirib.

    Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi