“Kapital Bank”ın 305 müştərisi 50 manat qazanıb

“Kapital Bank”ın 305 müştərisi 50 manat qazanıb Lotereyanın sonuncu tirajında isə 1 müştəri 1 000 manat qazanıb
Maliyyə
10 İyul , 2017 11:54
“Kapital Bank”ın 305 müştərisi 50 manat qazanıb

Bakı. 10 iyul. REPORT.AZ/ “Kapital Bank” ASC-nin “Visa” kart sahibləri üçün “Qazandıran xərclər” adlı lotereyası yekunlaşıb. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Ümumi olaraq lotereya ərzində 305 müştəri 50 manat, lotereyanın sonuncu tirajında isə 1 müştəri 1 000 manat qazanıb. Qaliblərin siyahısı bankın korporativ saytında dərc olunub.

Qeyd edək ki, şərtlərə görə, ölkə daxilindəki POS-terminallar vasitəsilə minimum 1 manat ödəniş edən müştərilər, qəbzin üzərindəki 6 rəqəmli avtorizə şifrəsini altında olan müvafiq bölmədə qeydiyyatdan keçirərək, lotereyada iştirak edirdilər.

Qeyd edək ki, “Visa” kartlarını "Kapital Bank" filiallarında və ya Bankın korporativ saytında onlayn sifariş etmək mümkündür. “Kapital Bank” Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər

Orphus sistemi