Yuxarı

"​Kapital Bank" iki valyutalı kart buraxır - YENİLƏNİB

Bank bu layihəni Visa ilə birgə həyata keçirir

İlk xəbər saat 13:18-də verilib

Bakı. 17 may. REPORT.AZ/ "Kapital Bank" ASC "Visa" təşkilatı ilə birgə buraxdığı yeni iki valyutalı kart məhsulunun Bakıda təqdimatını keçirib. "Report"un sualını cavablandıran Bankın Satış kanalları Departamentinin direktoru Vüsal Nağıyev gələcəkdə həmin kartdan həm debet, həm də kredit kart kimi istifadə edilə biləcəyini deyib.

"İlkin mərhələdə bu, "Dual card"dan iki valyutalı əməliyyatlar üçün istifadə edəcəyik. Daha sonra funksiyaları artırıla bilər. Yəni, bir müddət əvvəl "Visa" ilə buraxdığımız "Bir kart"ı da "Dual card"la təqdim etmək fikrimiz var. Gələcəkdə bu kartda da 6 funksiyanın hamısının olması mümkündür", - deyə "Kapital Bank" nümayəndəsi qeyd edib.

***

"Visa"nın MDB və Cənub-Şərqi Avropa üzrə direktoru Kristina Doros isə deyib ki, yeni məhsul "Kapital Bank"ın plastik kartlarla bağlı xərclərini azaldacaq: "Yeni "Dual card" Banka plastik kartlarla bağlı xərcləri azaltmağa, əməliyyatların həcmini isə artırmağa imkan verəcək".

"Kapital Bank"ın Departament müdiri V.Nağıyev isə təmsil etdiyi qurumun gələcək planlarından danışıb: "Azərbaycanın ən iri banklarından biri olan" KapitalBank"ın 2 mln.-dan artıq kart sahibi var. Bank olaraq, bu il əsas hədəfimiz mobil əlavə və "Internet Banking" xidmətlərinin yenilənməsidir. Bir müddət öncə daha bir yeniliyə imza atdıq. "Bir kart" məhsulunu buraxdıq və hazırda həmin kartda 6 müxtəlif funksiya tətbiq edilir. Gələcəkdə bu məhsulda da "Dual card"lardan istifadə etməyi düşünürük".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi