Yuxarı
    Bağlamaq

    "Kapital Bank" müsabiqə keçirir

    Birincilərin oyunu adlanan bu müsabiqə BirKartın Facebook səhifəsində keçirilir

    Bakı. 29 avqust. REPORT.AZ/ "Kapital Bank" ASC "BirKart"ın "Facebook" səhifəsində “Birincilərin oyunu” adlı müsabiqə keçirir. Müsabiqənin şərtlərinə görə, iştirakçılar səhifədəki oyunu oynayaraq (www.facebook.com/birkart.az/app/282528445452625/) xallar toplayıb, həftənin qalibi olub, qiymətli hədiyyələr əldə edə biləcəklər. 

    "Report"un Banka istinadən verdiyi xəbərə görə, 4 həftə davam edəcək müsabiqə ərzində "iPhone 6S", "PlayStation 4", "Smart Wheel" və "Nikon D5200" fotoaparatı sahiblərini tapacaq.

    Qeyd edək ki, "BirKart" özündə kredit, taksit, maaş, pensiya, depozit, bonus və debet kart funksiyalarını birləşdirir.

    "BirKart" rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur. "Visa Classic", "Visa Gold" və "Visa Platinum" əsasında olan "BirKart" 36 ay müddətə verilir, balansındakı məbləğ isə müştərinin aylıq gəlirindən asılı olaraq 10 000 manatadək ola bilər. Kartdan nağdsız xərclənən məbləği, 40 günədək faizsiz güzəşt müddəti ilə, Bankın partnyor şəbəkəsində xərclənən məbləği isə 2-12 və 18 ay müddətə taksitlə ödəmək olar.

    "BirKart"dan məbləğin həmçinin bankomatlarından nağd çıxarılması da mümkündür. "BirKart"dan kredit qismində xərclənən vəsait məvacib, təqaüd və ya müştərinin mədaxil etdiyi məbləğdən silinə bilər. Bundan başqa, "BirKart"a müştərinin yerləşdirdiyi şəxsi pul vəsaitinə kartın növündən asılı olaraq, illik 3%-dək əmanət faizi hesablanır. Nağdsız ödənişlər etdikdə isə, "BirKart"ın balansına müəyyən bonuslar yığılır və bu bonusları pula çevirmək mümkündür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi