“Kapital Bank” ədliyyə işçilərinə endirimlə kredit verir

“Kapital Bank” ədliyyə işçilərinə endirimlə kredit verir Bakı. 14 noyabr. REPORT.AZ/ “Kapital Bank” ASC 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı münasibətilə yeni güzəştli kredit aksiyası keçirir.
Maliyyə
14 Noyabr , 2017 10:31
“Kapital Bank” ədliyyə işçilərinə endirimlə kredit verir
Report

Bakı. 14 noyabr. REPORT.AZ/ “Kapital Bank” ASC 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı münasibətilə yeni güzəştli kredit aksiyası keçirir.

Bu barədə “Report”a bankdan bildirilib.

Məlumatda deyilir ki, dekabrın 15-nə qədər davam edəcək aksiya çərçivəsində “Kapital Bank”dan məvacib alan ədliyyə işçilərinə 2% endirimlə nağd pul krediti veriləcək. 8 min manata qədər kreditlər üçün zamin tələb olunmayacaq.

Qeyd edək ki, “Kapital Bank”da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat, müddəti isə 3-48 ay təşkil edir. Kreditlər əmək haqqını məhz bu bankdan alanlara verilir.

Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ümumi kredit şərtləri barədə ətraflı aşağdakı link vasitəsilə məlumat əldə etmək olar:

https://kapitalbank.az/loans/cash?hl=az

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar. 

Son xəbərlər

Orphus sistemi