Yuxarı

​"Kapital Bank" daha bir 24/7 elektron xidmət mərkəzini istifadəyə verib

Mərkəz paytaxtın Nərimanov rayonunda Ağa Nemətulla küçəsi,54 ünvanında yerləşir

Bakı. 12 fevral. REPORT.AZ/ "Kapital Bank" ASC 24/7 rejimində xidmət göstərən elektron xidmət mərkəzini istifadəyə verib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, mərkəz paytaxtın Nərimanov rayonunda Ağa Nemətulla küçəsi,54 ünvanında yerləşir.

Həftənin 7 günü, günün 24 saatı ərzində xidmət göstərən elektron xidmət mərkəzində maddi vəsaitin karta mədaxili (cash in), vəsaitin nağdlaşdırılması üzrə valyuta əməliyyatları aparmaq mümkündür. “Cash in” əməliyyatı üzrə 1 dəfəyə karta maksimum 50 ədəd əskinas mədaxil etmək mümkündür. Vəsait hesabın açıldığı valyuta ilə karta mədaxil edildikdə heç bir komissiya haqqı tutulmur. Digər hallarda müvafiq konvertasiya faizləri tətbiq edilir. 

Valyuta mübadiləsi bankomatlarında AZN, USD, EUR valyutaları qəbul edilir, bunun müqabilində isə AZN, USD, EUR valyutasında əskinasları almaq mümkündür. Qeyd edilən ünvanda həmçinin ödəniş terminalları da quraşdırılıb. Ödəniş terminalları vasitəsilə müştərilər kredit və kommunal xidmət ödənişlərini də həyata keçirə bilərlər. Mərkəzdə həmçinin, yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənişini etmək mümkündür.

Qeyd edək ki, bundan əvvəl 24/7 elektron xidmət mərkəzi Azadlıq prospekti,16 ünvanında istifadəyə verilib. Bakı şəhərində 2 saylı “Səbail”, 2 saylı “Nizami” və “Mərkəz” filiallarının daxilində isə 24 saat xidmət göstərən ödəniş terminalları və bankomatlar müştərilərin ixtiyarındadır.

Hazırda "Kapital Bank"ın ölkə üzrə 89 filialı və 5 şöbəsi fəaliyyət göstərir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi