Yuxarı
    Bağlamaq

    “Kapital Bank” daha 50 müştərisini mükafatlandırıb

    Xəzri pul gətirəcək adlı stimullaşdırıcı lotereyanın II tirajı keçirilib

    Bakı. 25 yanvar. REPORT.AZ/ “Kapital Bank” ASC “Xəzri” təcili pul köçürmələri sistemi üzrə “Xəzri pul gətirəcək” adlı stimullaşdırıcı lotereyanın II tirajı keçirilib. Nəticədə, bu sistemin əlavə 50 müştərisinin hər biri 100 manat qazanıb. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

    Qeyd edək ki, “Xəzri” sistemi ilə pul göndərən müştərilər, avtomatik olaraq lotereya iştirakçısına çevrilirlər. Lotereyada hər göndərilən 100 manat, 1 şansa bərabərdir. 10 fevral 2017-ci il tarixədək keçiriləcək lotereya ərzində 150 müştərinin hər biri 100 manat, sonda isə bir müştəri 1 000 manat qazanacaq.

    “Xəzri” vasitəsilə pul köçürmələri etmək çox rahat və sərfəlidir. Cəmi 5 dəqiqə ərzində hesab açmadan həm ölkə daxilində, həm də xarici ölkələrə pul göndərmək əlverişlidir. Köçürmələrə görə minimum 0,8%-dən başlayan komissiya haqqı tutulur. Müştərilər ölkədaxili göndərilən pul vəsaitini 24 saat ərzində "Kapital Bank" bankomatlarından komissiyasız nağdılaşdıra bilərlər.

    Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi