"Kapital Bank“ Müşahidə Şurasına yeni sədrin təyinatı ilə bağlı rəsmi məlumat yayıb

"Kapital Bank“ Müşahidə Şurasına yeni sədrin təyinatı ilə bağlı rəsmi məlumat yayıb "Kapital Bank“ın səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib
Maliyyə
27 May , 2015 17:30
Kapital Bank“ Müşahidə Şurasına yeni sədrin təyinatı ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 27 may. REPORT.AZ/ “Kapital Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. "Report" xəbər verir ki, bu barədə bankın yaydığı məlumatda bildirilir. 

Ümumi yığıncaqda “Kapital Bank” ASC-nin 2014-cü ilin yekunlarına dair maliyyə hesabatları təsdiqlənib, maliyyə ilinin yekunlarına əsasən bankın səhmdarlarına dividend ödənilməsi barədə qərar qəbul edilib.

Yığıncaqda həmçinin “Kapital Bank” ASC-nin Müşahidə Şurasının yeni tərkibi müəyyən edilib, Şuranın sədri vəzifəsinə hazırda “PAŞA Holdinq” MMC-də Bank Qrupunun rəhbəri vəzifəsini daşıyan Cəlal Ələkbər oğlu Qasımov təyin edilib.

Bununla yanaşı, ümumi yığıncağın daha bir qərarı ilə bankın Audit komitəsinin yeni tərkibi təsdiqlənib və yeni sədr təyin edilib.

Son xəbərlər

Orphus sistemi