Yuxarı
    Bağlamaq

    ​“Kapital Bank” ABŞ–Azərbaycan Ticarət Palatasına üzv olub

    Bu işbirliyi “Kapital Bank” ilə Amerika banklarının daha sıx əməkdaşlığna xidmət edəcək

    Bakı. 15 iyul. REPORT.AZ/ “Kapital Bank” ASC beynəlxalq təşkilatlarla əməkdaşlıq layihələri çərçivəsində ABŞ – Azərbaycan Ticarət Palatasının (USACC) üzvü olub. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

    Açıqlamada deyilir ki, bu işbirliyi “Kapital Bank” ilə Amerika banklarının daha sıx əməkdaşlıq edəcəyinə, həmçinin ölkəyə xarici investorların cəlb edilməsinə xidmət göstərəcək: “20 ildən çoxdur fəaliyyətdə olan təşkilat əvvəlcə yalnız neft müqavilələrinin imzalanmasına diqqət edirdisə, hazırda ABŞ – Azərbaycan Ticarət Palatası, qeyri-neft əlaqələrinin qurulması, turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları və alternativ enerji mənbələrinin inkişafı istiqamətində ABŞ və Azərbaycan şirkətlərinə dəstək olmaq üçün fəaliyyət göstərir”.

    Ümumiyyətlə, “Kapital Bank” bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaq. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi