Bakı. 8 mart. REPORT.AZ/ Səhmlərin qiyməti yaxın 2-3 il ərzində 40% geriləyə bilər.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə proqnoz ABŞ-ın nüfuzlu "JPMorgan" bankının həmsədri Daniel Pinto tərəfindən verilib.
O qeyd edib ki, səhm bazarları hələ bir qədər də artmağa davam edəcək: "Lakin daha sonra inflyasiya təhlükəsi maliyyə bazarlarına öz təsirini göstərməyə başlayacaq".
D.Pinto tədricən blokçeyn texnologiyasının önəminin artacağını da bildirib.