Yuxarı

"JPMorgan Chase" bankın rəhbəri ABŞ-da ən yüksək qazanclı bankir olub

"JPMorgan Chase" bankın rəhbəri ABŞ-da ən yüksək qazanclı bankir olub
Dinlə

Bakı. 23 iyul. REPORT.AZ/ ABŞ aktivlərin həcmi baxımından ən böyük bankı olan "JPMorgan Chase" bankının rəhbəri Ceymi Daymon növbəti dəfə Uoll stritin ən yüksək qazanclı top-meneceri olub.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, o, keçən il toplamda 28,3 milyon dollar qazanıb.

"Bank of America" bankının baş bankiri Brayan Moynihen ötən il əmək haqqı və mükafatlar da daxil olmaqla 21,3 milyon dollar, "Citrigroup"un rəhbəri Maykl Korbat isə 17,8 milyon dollar qazanıb.

Ən yüksək ödənişli bankirlər arasında dördüncü sırada 17,5 milyon dollar qazanan "Wells Fargo"nun rəhbəri Timoti Sloan yer alıb. Bu vəziyyət analitiklər üçün xoşagəlməz sürpriz olub. Belə ki, bank müştəriləri lazımsız xidmətlərdən keçməyi məcbur etməkdə və onların məlumatı olmadan hesablar yaratmaqda ittiham edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi