“JP Morgan”: Qlobal virus epidemiyaları beynəlxalq bazarlarda əla fürsətlər yaradır

“JP Morgan”: Qlobal virus epidemiyaları beynəlxalq bazarlarda əla fürsətlər yaradır “Son 20 ildə baş verən 4 epidemiyaya baxsaq, onda qlobal səviyyələrdəki virus epidemiyalarının əslində investorlar üçün böyük fürsətlər yaratdığını görərik”.
Maliyyə
28 Yanvar , 2020 14:03
“JP Morgan”: Qlobal virus epidemiyaları beynəlxalq bazarlarda əla fürsətlər yaradır

“Son 20 ildə baş verən 4 epidemiyaya baxsaq, onda qlobal səviyyələrdəki virus epidemiyalarının əslində investorlar üçün böyük fürsətlər yaratdığını görərik”.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın “JP Morgan” investisiya bankının strateqi Mislav Matejka bildirib.

O qeyd edib ki, 2002-ci ildə Çində yayılan SARS virusu zamanı Çin birja indeksləri 15% enmişdi, lakin virusun qarşısı alındıqdan sonra Çin birjaları itirdiklərini bərpa edərək qısa müddətdə yüksəlib.

“2014-cü ildə Afrikada yayılan ebola virusuna baxsaq o zaman indekslər 4% enmış, sonra 6,7% yüksəlib. Bundan başqa Braziliyada yayılan Zika virusu zamanı yerli indekslər 2% azalsa da, virusun təsirini itirdiyi 1-ci ayda 14,8%, 3 ay içində isə 35% yüksəlmişdi”, –  o bildirib.

Son xəbərlər

Orphus sistemi