“International”ın aktivləri 20% azalıb

“International”ın aktivləri 20% azalıb Bakı. 21 sentyabr. REPORT.AZ/ “International” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 20,4% azalaraq bu il yanvarın 1-nə 6,682 mln. manat təşkil edib.
Maliyyə
21 Sentyabr , 2018 12:41
“International”ın aktivləri 20% azalıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ “International” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 20,4% azalaraq bu il yanvarın 1-nə 6,682 mln. manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “International”ın müştərilərə verdiyi xalis kreditlər də 20,4% azalaraq 5,378 mln. manata düşüb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 24,6% azalaraq 5,91 mln. manata, cəmi kapitalı isə 22,9% azalaraq 772 min manata düşüb.

“International” 2017-ci ili 144 min manat mənfəətlə başa vurub. Halbuki, BOKT 2016-cı ildən 30 min manat zərərlə çıxmışdı. 

Son xəbərlər

Orphus sistemi