Yuxarı

IMF: Çevik məzənnə siyasəti mümkün şokları aradan qaldırmaq imkanı yaradır

Neft qiymətlərinin kəskin azalması Azərbaycandakı devalvasiyanı zəruri edib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanın tətbiq etdiyi çevik məzənnə siyasəti mümkün böhran hallarında şok vəziyyətlərdən çıxmağa imkan yaradır. "Report" xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi "IMF News"a müsahibəsində Azərbaycan iqtisadiyyatının cari vəziyyəti və perspektivləri barədə açıqlamasında bildirib. 

Azərbaycan iqtisadiyyatının stabilləşməsində valyuta məzənnəsinin rolu barədə sualı cavablandıran M.əl-Qorçi qeyd edib ki, neft qiymətlərinin kəskin azalması nəticəsində iqtisadiyyatın sabit vəziyyətə qayıtması məhz valyuta məzənnəsinin korrektirovkasından sonra mümkün olub. IMF rəsmisi manatın devalvasiyasının xarici iqtisadi proseslərdən yaranan disbalansın aradan qaldırılmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsinə və qızıl-valyuta ehtiyatlarının qorunmasına gətirib çıxardığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi