Yuxarı

IMF cari hesab balansının kəsiri proqnozunu profisitə dəyişib

IMF 2017-ci il üçün cari hesab balansının ÜDM-də xüsusi çəkisini artırıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanla bağlı bəzi makroiqtisadi proqnozlarına dəyişikliklər edib. 

“Report” xəbər verir ki, bu barədə fondun 2016-cı il üçün hazılrladığı yeni proqnozlarda məlumat verilib.

Yeni oktyabr icmalına əsasən, fond bu il üçün Azərbaycanda cari hesab balansının ÜDM-də xüsusi çəkisini mənfi 0,2%-dən 0,7%-ə yüksəldib. Gələn il isə bu göstəricinin 3,1% olacağı gözlənilir. 

Əlavə edək ki, aprel icmalında 2017-ci il üçün cari hesab balansının ÜDM-də xüsusi çəkisinin proqnozu 0,2% göstərilib. 2021-ci il üçün isə bu göstərici əvvəlki proqnozda nəzərdə tutulan 5,9%-dən 11,3%-dək artırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi