IMF: Azərbaycanda 3 amil inflyasiyanı aşağı salacaq

IMF: Azərbaycanda 3 amil inflyasiyanı aşağı salacaq Proqnoz: Gələn il ölkədə inflyasiya 7,6%-ə düşəcək
Maliyyə
5 May , 2017 13:58
IMF: Azərbaycanda 3 amil inflyasiyanı aşağı salacaq

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycan hökumətinin həyata keçirdiyi fiskal konsolidasiya və monetar siyasətin sərtləşdirilməsi ilə yanaşı çevik məzənnə siyasəti ölkədə inflyasiya gözləntilərini aşağı salacaq. 

"Report" Beynəlxalq Valyuta Fondunun (IMF) "Qafqaz və Mərkəzi Asiya regional iqtisadi icmalı"na istinadən xəbər verir ki, 2017-ci ildə Azərbaycanda inflyasiyanın 8,3%, 2018-ci ildə isə 7,6% olacağı proqnozlaşdırılır. 

IMF hesabatında həmçinin ötən il qaz və elektrik qiymətlərindəki artımın və kənd təsərrüfatı mallarına tətbiq edilən idxal rüsumlarını inflyasiyanı 2-rəqəmli səviyyəyə çıxmasının əsas səbəbləri kimi göstərib.

Son xəbərlər

Orphus sistemi