Yuxarı
    Bağlamaq

    IMF: Azərbaycan iqtisadiyyatında geriləmə 3 dəfə azalacaq

    IMF-in Departament direktoru bu il ölkədə inflyasiyanın ikirəqəmli olacağını bildirir© Report/ Elşən Baba

    Bakı. 13 sentyabr. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatında müşahidə olunan geriləmə prosesinin bu il zəifləyəcəyi gözlənilir. 

    "Report" xəbər verir ki, bunu Bakıda keçirdiyi brifinqdə Beynəlxalq Valyuta Fondunun (IMF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur deyib: "2016-cı ildə Azərbaycan iqtisadiyyatı 3,1% tənəzzül edib. 2017-ci ildə isə azalma 1% olacaq".

    Bununla yanaşı, C.Azur ölkədə inflyasiyanın ikirəqəmli olduğunu da deyib: "Növbəti il üzrə proqnoz vermək tezdir. IV maddə üzrə missiya gələcək və ondan sonra biz 2018-ci il üzrə proqnoz verə bilərik. Əvvəlki proqnozlarımıza əsasən, növbəti ildə artımı 2% civarında gözləyirik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi