IMF: Azərbaycan iqtisadiyyatında geriləmə 3 dəfə azalacaq

IMF: Azərbaycan iqtisadiyyatında geriləmə 3 dəfə azalacaq IMF-in Departament direktoru bu il ölkədə inflyasiyanın ikirəqəmli olacağını bildirir
Maliyyə
13 Sentyabr , 2017 16:40
IMF: Azərbaycan iqtisadiyyatında geriləmə 3 dəfə azalacaq
Report/ Elşən Baba

Bakı. 13 sentyabr. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatında müşahidə olunan geriləmə prosesinin bu il zəifləyəcəyi gözlənilir. 

"Report" xəbər verir ki, bunu Bakıda keçirdiyi brifinqdə Beynəlxalq Valyuta Fondunun (IMF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur deyib: "2016-cı ildə Azərbaycan iqtisadiyyatı 3,1% tənəzzül edib. 2017-ci ildə isə azalma 1% olacaq".

Bununla yanaşı, C.Azur ölkədə inflyasiyanın ikirəqəmli olduğunu da deyib: "Növbəti il üzrə proqnoz vermək tezdir. IV maddə üzrə missiya gələcək və ondan sonra biz 2018-ci il üzrə proqnoz verə bilərik. Əvvəlki proqnozlarımıza əsasən, növbəti ildə artımı 2% civarında gözləyirik".

Son xəbərlər

Orphus sistemi