IMF: 9 iri bank problemlərlə üzləşə bilər

IMF: 9 iri bank problemlərlə üzləşə bilər Bu banklar keçmişdən qalan problemlərdən qurtula bilmir
Maliyyə
12 Oktyabr , 2017 14:34
IMF: 9 iri bank problemlərlə üzləşə bilər
Sputnik/ Natalia Seliverstova

Bakı. 12 oktyabr. REPORT.AZ/ Dünyanın 9 iri bank strukturu yaxın illərdə dayanıqlı mənfəətin təmin edilməsində çətinliklər yaşayacaq. "Report" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) "Qlobal maliyyə sabitliyi" hesabatında qeyd edib.

Hesabatda bildirilir ki, bir çox bank biznes-modellərini dəyişərək rentabelliyini artırsa da, bəzi bankların keçmişdən miras qalan problem və çatışmazlıqlar səbəbindən çətinlik çəkməyə davam edir.

IMF xüsusilə bu banklar arasında Almaniyanın "Deutsche Bank", Britaniyanın "Barclays" və "Standard Chartered", ABŞ-ın "Citigroup", Fransanın "Societe Generale", İtaliyanın "Unicredit", Yaponiyanın "Sumitomo Mitsui Financial Group", "Misubishi UFJ Financial Group" və "Mizuho Financial Group" banklarını qeyd edib.

Fond bildirir ki, bu banklar toplam olaraq 17 trln. ABŞ dolları həcmində aktivlərə sahibdir. Gələcəkdə hər hansı bir maliyyə çalxanması olarsa, bu bankların kifayət qədər kapital formalaşdırması çətin olacaq.

Qeyd edək ki, adı çəkilən bankların bəzilərinin Azərbaycanla əlaqələri mövcuddur. Belə ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin bir hissəsi "Deutsche Bank"ın törəmə şirkəti (subsidiary) - "Deutsche Asset & Wealth Management International GmbH."nın idarəetməsinə verilib. "UniCredit  bankı isə Azərbaycanda fəaliyyət göstərən "YaiıKredi Bank Azerbaijan" QSC-nin səhmdarlarından biridir.

Son xəbərlər

Orphus sistemi