Yuxarı

​IFC aqrar sektorda yeni layihələrin icrasına başlayır

Bunlardan biri aqrar sığorta layihəsi olacaq

Bakı. 4 fevral. REPORT.AZ/ IFC (Beynəlxalq Maliyyə Korporasiyası) Azərbaycanın aqrar sektorunda bir neçə layihənin reallaşdırılmasına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında IFC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova deyib. 

A.Əzimova bildirib ki, bu il təşkilat aqrar sığorta layihəsinin icrasına başlayacaq: "Bu layihələr dəyər zəncirinin yaranmasına yardım edəcək və fermerin öz məhsulunu ixrac etməsinə şərait yaradacaq. Aqrar sığorta layihəsi isə həm də subsidiyalardan səmərəli istifadəyə şərait yaradacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi