IEA: 2040-cı ildə elektrikli avtomobillərin sayı 300 mln.-a çatacaq

IEA: 2040-cı ildə elektrikli avtomobillərin sayı 300 mln.-a çatacaq Bakı. 16 dekabr. REPORT.AZ/ Hazırda dünyada 2 mln. ədəd olan elektrikli avtomobillərin sayı 2040-cı ilə qədər 300 mln.-a çatacaq. Report Hürriyət qəzetinə istinadən bildirir ki, bu açıqlama ilə Beynəlxalq Energetika Agentliyinin (IEA) rəhbəri Fatih Birol Sabançı Universiteti tərəfindən təşkil olunan Dünya Energetika İcmalı-2017 hesabatının Türkiyədəki təqdimatında çıxış edib.
Maliyyə
16 Dekabr , 2017 15:37
IEA: 2040-cı ildə elektrikli avtomobillərin sayı 300 mln.-a çatacaq

Bakı. 16 dekabr. REPORT.AZ/ Hazırda dünyada 2 mln. ədəd olan elektrikli avtomobillərin sayı 2040-cı ilə qədər 300 mln.-a çatacaq. "Report" "Hürriyət" qəzetinə istinadən bildirir ki, bu açıqlama ilə Beynəlxalq Energetika Agentliyinin (IEA) rəhbəri Fatih Birol Sabançı Universiteti tərəfindən təşkil olunan "Dünya Energetika İcmalı-2017" hesabatının Türkiyədəki təqdimatında çıxış edib.

Bu gün dünyada 1 mlrd. avtomobildən 2 mln. ədədinin, yəni 0,5%-nin elektromobil olduğunu bildirən F.Birol, 2040-cı ildə 2 mlrd. avtomobildən 300 mln. ədədinin, yəni 15%-nin elektrikli mühərriklə olacağını qeyd edib. Birol 300 mln. ədəd elektromobilin belə havadakı karbondioksidin miqdarını azaltmağa 1%-dən az yardım edəcəyini bildirib. Səbəbi isə IEA rəhbəri elektrik enerjisinin əsasən ənənəvi enerjidaşıyıcıları hesabına əldə olunması, alternativ enerji istehsalının zəif inkişafı ilə əlaqələndirir. IEA-nın hesabatına əsasən, elektrikli avtomobillər yalnız şəhər daxilində havanın təmizlənməsinə kömək edəcək.

Son xəbərlər

Orphus sistemi