Yuxarı
    Bağlamaq

    ​İsveç Mərkəzi Bankı neqativ uçot dərəcəsini artırıb

    Analitiklər: FES də faizləri neqativə sala bilər

    Bakı. 11 fevral. REPORT.AZ/ İsveç Mərkəzi Bankı olan "Riksbank" inflyasiyanı canlandırmaq və milli valyutanın - kronun revalvasiyasının qarşısını almaq üçün uçot dərəcəsini -0,5%-ə endirib. 

    "Report"un "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, "Riksbank"ın uçot dərəcəsi buna qədər -0,35% olub. Qeyd edək ki, faizlərin bu səviyyəyə enməsini "Bloomberg" agentliyinin anket sorğusuna qatılan 18 analitikdən 10-u ehtimal edib. Bank istiqraz alışının bu ilin ilk yarısında davam edəcəyini bildirib. 

    "Riksbank" Avropa Mərkəzi Bankının monetar ekspansiyanın davam edə biləcəyi ilə bağlı açıqlamasından sonra bu qərarı qəbul edib. Qeyd edək ki, İsveçdə ÜDM artımının 2015-ci ilin III rübündə 3,9% olmasına baxmayaraq, dekabrda inflyasiya 0,9% təşkil edib.

    "Report"un analitik qrupu xatırladır ki, bundan əvvəl neqativ uçot dərəcəsi tətbiq edən iqtisadiyyatlar Avrozona və Yaponiya olub. Lakin Federal Ehtiyat Sisteminin rəhbəri Canet Yellenin ötən gün Konqresdəki çıxışından sonra bəzi iqtisadçılar ABŞ-ın da faizləri endirəcəyi və hətta neqativ faiz dərəcələri tətbiq edəcəyini proqnozlaşdırır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi