İstanbul Birjası öz kriptovalyutasını yaradır

İstanbul Birjası öz kriptovalyutasını yaradır Bakı. 15 dekabr. REPORT.AZ/ İstanbul Fond Birjası öz kriptovalyutası - BİSTcoin üzərində çalışdığını bildirib.
Maliyyə
15 Dekabr , 2017 11:31
İstanbul Birjası öz kriptovalyutasını yaradır

Bakı. 15 dekabr. REPORT.AZ/ İstanbul Fond Birjası öz kriptovalyutası - "BİSTcoin" üzərində çalışdığını bildirib.

"Report" "Haberler" saytına istinadən xəbər verir ki, bu açıqlamanı qurumun rəhbəri Himmət Qaradağ verib.

Kriptovalyutaların "Borsa İstanbul"da istifadə edilib-edilməyəcəyi barədə jurnalistlərin sualını cavablandıran H.Qaradağ bildirib ki, ola bilər. Lakin bu, hazırda mövcud olan kriptovalyutalar deyil: "Hazırkı kriptovalyutaların əsaslandığı aktivlər yoxdur və onlar manipulyasiyaya açıqdır".

"Borsa İstanbul" öz kriptovalyutası üzərində çalışmalar aparır. Bu kriptovalyutada blokçeyn sistemindən istifadə ediləcək və arxasında "Borsa İstanbul" dayanacaq", - birja rəhbəri əlavə edib.

Son xəbərlər

Orphus sistemi