Yuxarı
    Bağlamaq

    İspaniya tarixi rekordunu yeniləməyə hazırlaşır

    Bu ölkədə sonuncu dəfə 1909-cu ildə dövlət borcu ÜDM-in 102%-nə çatıb

    Bakı. 18 avqust. REPORT.AZ/ İspaniyanın dövlət borcu son 107 ildə ən yüksək göstəriciyə çatıb. 

    “Report”un “El Pais” nəşrinə istinadən verdiyi xəbərə görə, sonuncu dəfə belə göstərici 1909-cu ildə qeydə alınıb.

    Məlumatda deyilir ki, rəsmi Madridin dövlət borcu bu ilin iyununda 18,55 mlrd. avro artaraq 1,11 trln. avroya çatıb. Bu da ÜDM-in 100,9%-i deməkdir.

    Ümumiyyətlə, sonuncu dəfə 1909-cu ildə İspaniyanın dövlət borcu ÜDM-in 102%-nə çatıb.

    Beynəlxalq Valyuta Fondu (IMF) isə İspaniya tarixində ən yüksək dövlət borcu göstəricinin 1880-ci ildə qeydə alındığını deyib. Həmin vaxt dövlət borcu ÜDM 160%-nə bərabər olub.

    Xatırladaq ki, 2015-ci ildə İspaniyanın ÜDM-i 1,199 trln. dollara çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi