Yuxarı
    Bağlamaq

    İSB investisiya siyasətinə yenidən baxacaq

    Hazırda Büronun 33,3 mln. manatlıq sığorta ehtiyatı mövcuddur

    Bakı. 21 oktyabr. REPORT.AZ/ İcbari Sığorta Bürosu (İSB) Azərbaycanın bank sektorunda yaranmış vəziyyətlə əlaqədar investisiya siyasətinə yenidən baxacaq. “Report” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında İSB-nin icraçı direktoru Elxan Quliyev məlumat verib.

    Onun sözlərinə görə, hazırda rəhbərlik etdiyi qurum 33,268 mln. manatlıq sığorta ehtiyatına malikdir və bu vəsaitin təxminən 80%-i daxili bazarda, əsasən Azərbaycan banklarında yerləşdirilib. Mövcud vəziyyət bank seçiminə daha diqqətlə yanaşmağa, investisiya portfelinin bölgüsünü bir daha nəzərdən keçirməyə zərurət yaradır.

    E.Quliyev onu da qeyd edib ki, hazırda İSB-nin investisiya portfeli ABŞ dolları, avro və manatda, eləcə də bu 3 valyuta üzrə qiymətli kağızlarda yerləşdirilib: “Dolların payı 38%, avronun payı 30%, manatın payı 32%-dir. Təkcə 5 mln. avro investisiya qoyuluşunu "Yaşıl Kart" sisteminə qoşulmağımızla əlaqədar tələb əsasında həyata keçirmişik. İlin sonuna investisiya portfelinin 34 mln. manata çatacağını gözləyirik”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi