İraqın üç şirkəti Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb

İraqın üç şirkəti Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb Bakı. 14 yanvar. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) İraqın üç şirkətini həmin ölkəyə qarşı sanksiyalar siyahısından çıxartmaq qərarına gəlib.
Maliyyə
14 Yanvar , 2019 14:46
İraqın üç şirkəti Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) İraqın üç şirkətini həmin ölkəyə qarşı sanksiyalar siyahısından çıxartmaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının təşkilatın rəsmi jurnalında dərc olunmuş qərarında bildirilir. 

Həmin qərar İraqın Dizayn və Tədqiqatlar Komitəsinə, Dövlət Alüminium və Məmulatları Müəssisəsinə, Dövlət Naqillər Müəssisəsinə şamil olunur.

Xatırladaq ki, Aİ İraqda 2003-ci ildəki ABŞ tərəfindən hərbi əməliyyatlar başladığından 4 ay sonra bu ölkəyə qarşı sanksiya tətbiq etmişdi.

Son xəbərlər

Orphus sistemi