Yuxarı

İranın maliyyə və iqtisadiyyat naziri Azərbaycana gələcək

Tərəflər ikitərəfli iqtisadi məsələləri müzakirə edəcəklər

Bakı. 6 yanvar. REPORT.AZ/ İranın maliyyə və iqtisadiyyat naziri Əli Teyyubniya Azərbaycana gələcək.

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin "Report"a verdiyi məlumata görə, səfər yanvarın sonuncu ongünlüyünə planlaşdırılır.

"Səfərin dəqiq tarixi hələlik məlum deyil. Səfərin təxminən yanvarın 26-27-də baş tutacağı gözlənilir. Səfər zamanı tərəflər ikitərəfli iqtisadi məsələləri müzakirə edəcəklər", - diplomat bildirib.

Səfir qeyd edib ki, səfər Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Müstafayevin dəvəti ilə baş tutacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi