İran dollardan bitkoinə keçmək istəyir

İran dollardan bitkoinə keçmək istəyir Bakı. 2 noyabr. REPORT.AZ/ Virtual kriptovalyutaya keçmək istəyən ölkələr sırasına İran da qatılıb.
Maliyyə
2 Noyabr , 2017 15:41
İran dollardan bitkoinə keçmək istəyir

Bakı. 2 noyabr. REPORT.AZ/ Virtual kriptovalyutaya keçmək istəyən ölkələr sırasına İran da qatılıb.

"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bunu İranın informasiya və kommunikasiya nazirinin müavini Əmir Hüseyn Dəvai "Farsi" qəzetinə müsahibəsində açıqlayıb.

Dəvai bildirib ki, Nazirlik bitkoinin ölkə daxilində istifadəsi üçün infrastrukturun hazırlanmasında bir sıra araşdırmalar aparıb: "Əslində, İranda kriptovalyutanın tətbiqi çox aktualdır. İran çox məmnuniyyətlə dollarla əlaqəli olan maliyyə sistemindən imtina edər". 

Xatırladaq ki, 2013-cü ildə İrana tətbiq edilən sanksiyalar çərçivəsində bu ölkənin bank sistemi SWIFT sistemindən çıxarılıb. Bu da dollarla tranzaksiyaların dayanmasına gətirib çıxarıb və nəticədə İranın neft ixracına böyük zərbə vurub.

Son xəbərlər

Orphus sistemi