Azərbaycanla IFC arasında prioritet sahələr üzrə layihə və təşəbbüslər müzakirə olunub

Azərbaycanla IFC arasında prioritet sahələr üzrə layihə və təşəbbüslər müzakirə olunub ​İqtisadiyyat naziri IFC-nin nümayəndə heyəti ilə görüşüb
Maliyyə
24 Dekabr , 2019 16:57
Azərbaycanla IFC arasında prioritet sahələr üzrə  layihə və təşəbbüslər müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Aliyə Əzimovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Görüşdə Azərbaycan hökuməti ilə IFC arasında prioritet sahələr üzrə əməkdaşlıq istiqamətində layihə və təşəbbüslər, əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə həmçinin "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası arasında Əməkdaşlıq Sazişi” və “Azərbaycanda investisiya mühiti və aqrobiznesdə rəqabətlilik” layihəsi ilə bağlı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi