​İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin səlahiyyətləri artırılıb

​İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin səlahiyyətləri artırılıb Prezident İlham Əliyev “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərmanı imzalayıb
Maliyyə
13 İyul , 2016 19:37
​İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin səlahiyyətləri artırılıb

Bakı. 13 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərmanı imzalayıb. 

"Report"un məlumatına görə, sənədə əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə əlavə analitik səlahiyyətlər verilib.

Belə ki, Mərkəz dövlət qurumlarının sifarişi əsasında iqtisadi yönümlü dövlət proqramlarının və strategiyaların, iqtisadi təşviq layihələrinin texniki-iqtisadi əsaslandırılmasını və risk təhlilini aparmaq, həmin layihələrlə bağlı maraqlı şəxslər arasında sorğular keçirmək, dövlət qurumlarının sifarişi əsasında sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətin, habelə iqtisadi yönümlü dövlət proqramlarının monitorinqini və qiymətləndirilməsini aparmaq, dövlət qurumlarının sifarişi əsasında icra müddəti bitmiş dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsini qiymətləndirmək, iqtisadi islahatlara dair təkliflərin hazırlanması və həmin islahatların tətbiqi ilə əlaqədar sorğular keçirmək və istehlakçı məmnunluq reytinqlərini nəşr etmək hüququna sahib olub.

Fərmana əsasən, Nazirlər Kabinetinə üç ay müddətində iqtisadi təşviq layihələrinin monitorinq və qiymətləndirilməsinin aparılması qaydasını, dövlət proqramlarının tərtibi, icrası, monitorinq və qiymətləndirilməsi qaydalarını, dövlət qurumları tərəfindən müvafiq sifarişlərin Mərkəzə verilməsi və maliyyələşdirilməsi qaydalarınının layihəsini hazırlayaraq Prezidentə təqdim etmək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Son xəbərlər

Orphus sistemi