İpoteka və Kredit Zəmanət Fondu sığortaçı seçir

İpoteka və Kredit Zəmanət Fondu sığortaçı seçir Bakı. 18 iyul. REPORT.AZ/ İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) avtonəqliyyat vasitələrinin könüllü sığortalanması ilə bağlı açıq tender elan edib.
Maliyyə
18 İyul , 2018 14:29
İpoteka və Kredit Zəmanət Fondu sığortaçı seçir
0 : 00
0 : 00

Bakı. 18 iyul. REPORT.AZ/ İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) avtonəqliyyat vasitələrinin könüllü sığortalanması ilə bağlı açıq tender elan edib.

“Report” İKZF-yə istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 50 manatdır.

İddiaçılar ilkin sənədləri avqustun 6-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 16-na qədər İKZF-nin Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 40 ünvanındakı inzibati binasına təqdim edə bilərlər (tel.: (012) 441-24-23, daxili 153).

Təkliflərə avqustun 17-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Seçim zamanı müəyyən edilmiş keyfiyyət tələblərinə cavab verən yerli təkliflərin xeyrinə xarici təkliflərin qiymətinin 20%-i qədər güzəştli düzəliş tətbiq ediləcək. Xidmətin icra müddəti satınalma müqaviləsi imzalandığı tarixdən başlayaraq 3 ildir. 

Son xəbərlər

Orphus sistemi