İpoteka və Kredit Zəmanət Fondu 2 investisiya şirkəti ilə müqavilə bağlayıb

İpoteka və Kredit Zəmanət Fondu 2 investisiya şirkəti ilə müqavilə bağlayıb Bakı. 13 fevral. REPORT.AZ/ İpoteka və Kredit Zəmanət Fonduna bu il investisiya xidmətlərinin göstərilməsi ilə bağlı elan edilmiş açıq tender başa çatıb.
Maliyyə
13 Fevral , 2018 10:42
İpoteka və Kredit Zəmanət Fondu 2 investisiya şirkəti ilə müqavilə bağlayıb

Bakı. 13 fevral. REPORT.AZ/ İpoteka və Kredit Zəmanət Fonduna bu il investisiya xidmətlərinin göstərilməsi ilə bağlı elan edilmiş açıq tender başa çatıb.

“Report” Fonda istinadən xəbər verir ki, tenderdə 1-ci lot (qiymətli kağızlarla aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi xidməti) üzrə qalib "AzFinance İnvestisiya Şirkəti" QSC, 2-ci lot (qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi) üzrə qalib isə "PSG-Kapital İnvestisiya Şirkəti" QSC olub.

Hər iki şirkətlə satınalma müqavilələri imzalanıb. 

Son xəbərlər

Orphus sistemi