Hərraca çıxarılmış ipoteka istiqrazları tam həcmdə yerləşdirilib

Hərraca çıxarılmış ipoteka istiqrazları tam həcmdə yerləşdirilib İsiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymətlə 15 mln. manat təşkil edib
Maliyyə
23 İyun , 2017 17:14
Hərraca çıxarılmış ipoteka istiqrazları tam həcmdə yerləşdirilib
Report

Bakı. 23 iyun. REPORTR.AZ/ Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin faizli adlı sənədsiz ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

"Report"un birjaya istinadən verdiyi xəbərə görə, hərraca çıxarılan istiqrazların nominal qiymətlə həcmi 15 mln. manat təşkil edib.

Hərrac zamanı sifarişlərin qəbulu BFB-nin ticarət reqlamentinə əsasən, saat 11:00-dan 12:30-dək həyata keçirilib. İsiqrazların buraxılış şərtlərinə əsasən, hərrac qiyməti 1 006,50 manat təyin edilib.

İsiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymətlə 15 mln. manat təşkil edib. Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilib. Yerləşdirmənin anderrayteri qismində birja üzvü "Paşa Kapital" QSC çıxış edir.

İstiqrazların ödəmə tarixi 18 dekabr 2037-cı ildir.

Son xəbərlər

Orphus sistemi