İpoteka və Kredit Zəmanət Fondu “Azərbaycan Kredit Bürosu” ilə əməkdaşlığa başlayıb

İpoteka və Kredit Zəmanət Fondu “Azərbaycan Kredit Bürosu” ilə əməkdaşlığa başlayıb 2019-cu ildə “Azərbaycan Kredit Bürosu” MMC ilə əməkdaşlıq edən təşkilatların sayı 12 vahid artaraq 132-yə çatıb.
Maliyyə
17 Yanvar , 2020 15:51
İpoteka və Kredit Zəmanət Fondu “Azərbaycan Kredit Bürosu” ilə əməkdaşlığa başlayıb

2019-cu ildə “Azərbaycan Kredit Bürosu” MMC ilə əməkdaşlıq edən təşkilatların sayı 12 vahid artaraq 132-yə çatıb.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, bunlar İpoteka və Kredit Zəmanət Fondu, 2 bank olmayan kredit təşkilatı (BOKT), 2 kredit ittifaqı, 3 lizinq şirkəti, 4 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs olub.

2018-ci ilin yekununda isə AKB-nin tərəfdaşlarının siyahısında Azərbaycan Mərkəzi Bankı, 30 fəaliyyətdə olan bank, 14 ləğv prosesində olan bank, 42 fəaliyyətdə olan BOKT, 5 ləğv prosesində olan BOKT, 21 sığorta şirkəti, 1 təkrarsığorta şirkəti, 3 mobil rabitə operatoru və 3 kommunal xidmət operatoru olub.

Son xəbərlər

Orphus sistemi