"İpək Yolu Sığorta"nın xalis mənfəəti 31% azalıb

"İpək Yolu Sığorta"nın xalis mənfəəti 31% azalıb Bakı. 22 oktyabr. REPORT.AZ/ 2018-ci il oktyabrın 1-nə "İpək Yolu Sığorta" ASC-nin cəmi aktivləri 39,051 mln. manat təşkil edib.
Maliyyə
22 Oktyabr , 2018 13:30
İpək Yolu Sığortanın xalis mənfəəti 31% azalıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ 2018-ci il oktyabrın 1-nə "İpək Yolu Sığorta" ASC-nin cəmi aktivləri 39,051 mln. manat təşkil edib.

"Report" şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% çoxdur.

Hesabat dövründə "İpək Yolu Sığorta"nın cəmi kapitalı illik 17% azalaraq 22,272 mln. manat, cəmi öhdəlikləri isə 72% artaraq 16,779 mln. manat olub.

Bu ilin yanvar-sentyabr ayları ərzində şirkətin gəlirləri cəmi 17,131 mln. manat, xərcləri 15,491 mln. manat təşkil edib. Beləliklə şirkət bu ilin ilk doqquz ayını 1,640 mln. manat xalis mənfəətlə başa vurub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31% azdır.

Son xəbərlər

Orphus sistemi