İnvestorlar ABŞ-Çin görüşündən narahatdırlar

İnvestorlar ABŞ-Çin görüşündən narahatdırlar Bu sammitin nəticələri qlobal iqtisadiyyata ciddi təsir edə bilər
Maliyyə
7 Aprel , 2017 14:26
İnvestorlar ABŞ-Çin görüşündən narahatdırlar

Bakı. 7 aprel. REPORT.AZ/ ABŞ-ın əsas fond birjası indeksi - "Dow-Jones" son iki gündə gündəlik maksimal səviyyəyə qədər yüksəlsə də, nəticədə aşağı düşməkdə davam edir. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, buna səbəb ABŞ və Çin prezidentləri arasında dünən başlayan 2 günlük görüşün nəticələrinin qeyri-müəyyənlik təşkil etməsi amili göstərilir.

İnvestorlar görüşdə ABŞ-Çin ticarət münasibətlərinin perspektivləri və Şimali Koreya ilə bağlı hər 2 ölkənin fikrinin nə olacağını gözləyirlər. Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson görüşlə bağlı fikirlərini açıqlayarkən bildirib ki, "ABŞ Çinlə iqtisadi münasibətlərdə Amerika xalqının prioritetlərinə üstünlük verəcək".

"Wells Fargo Funds Management" bankından Brayan Yakobsen (Brian Yacobsen) Tillersonun açıqlamaları ilə bağlı bildirib ki, "ABŞ-ın Çinə qarşı mövqeyinin sərt olacağı gözlənilir. Bu da Tramp-Si Tsinpin görüşünün dostluqdan çox konfrontasiya şəraitində keçəcəyini göstərir".

"Report"un analitik qrupu bildirir ki, ABŞ-Çin görüşünün nəticələri qlobal ticarət, Çin iqtisadiyyatı, yuanın məzənnəsi kimi əsas amillərə ciddi təsir edə bilər. 

Son xəbərlər

Orphus sistemi