“İnkişaf üçün maliyyə” BOKT-nin aktivləri 21% azalıb

“İnkişaf üçün maliyyə” BOKT-nin aktivləri 21% azalıb “İnkişaf üçün maliyyə” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 20,6% azalaraq 4,382 milyon manat təşkil edib.
Maliyyə
10 Avqust , 2019 15:19
“İnkişaf üçün maliyyə” BOKT-nin aktivləri 21% azalıb

“İnkişaf üçün maliyyə” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 20,6% azalaraq 4,382 milyon manat təşkil edib.

“Report” bu barədə BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “İnkişaf üçün maliyyə"nin müştərilərə verdiyi xalis kreditlər isə 28,7% azalaraq 2,935 milyon manata düşüb.

Hesabat dövründə BOKT-nin cəmi öhdəlikləri 50,6% azalaraq 2,57 milyon manat, cəmi kapitalı isə 5,7 dəfə artaraq 1,813 milyon manat olub.

“İnkişaf üçün maliyyə” 2018-ci ili 1,494 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 269 min manat xalis zərərlə çıxmışdı. 

Son xəbərlər

Orphus sistemi