“İnkişaf üçün maliyyə” 2016-cı ilin maliyyə yekunlarını açıqlayıb

“İnkişaf üçün maliyyə” 2016-cı ilin maliyyə yekunlarını açıqlayıb Bakı. 11 iyul. REPORT.AZ/ “İnkişaf üçün maliyyə” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəm aktivləri bu il yanvarın 1-nə 7,165 mln. manat təş...
Maliyyə
11 İyul , 2017 13:15
“İnkişaf üçün maliyyə” 2016-cı ilin maliyyə yekunlarını açıqlayıb

Bakı. 11 iyul. REPORT.AZ/ “İnkişaf üçün maliyyə” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəm aktivləri bu il yanvarın 1-nə 7,165 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 68,3% azdır.

“İnkişaf üçün maliyyə”nin aktivlərinin 79%-ni və yaxud 5,66 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə BOKT-un kredit portfeli 66,2% kiçilib.

2016-cı ildə “İnkişaf üçün maliyyə”nin cəmi öhdəlikləri 59,2% azalaraq 6,577 mln. manat, cəmi kapitalı isə 90,9% azalaraq 588 min manat olub.

Ötən il “İnkişaf üçün maliyyə”nin faiz gəlirləri 6,09 mln. manat (əvvəlki ilə nisbətən 10,8% az), faiz xərcləri 976 min manat (47,8% az), qeyri-faiz gəlirləri 893 min manat (54,7% az), qeyri-faiz xərcləri isə 2,236 mln. manat (46,8% az) təşkil edib. Son nəticədə BOKT-un xalis əməliyyat zərəri 3,771 mln. manat olub.

2016-cı ildə “İnkişaf üçün maliyyə” kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatların yaradılmasına 2015-ci illə müqayisədə 3 dəfə çox – 9,576 mln. manat ayırıb, 7,9 dəfə çox – 80 min manat isə mənfəət vergisi ödəyib. Bununla da, BOKT ötən ili 5,885 mln. manat xalis zərərlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 12,2 dəfə çoxdur.

Xatırladaq ki, “İnkişaf üçün Maliyyə”ni 2002-ci ildə, Böyük Britaniyanın "OXFAM" beynəlxalq humanitar təşkilatı yaradıb. BOKT cəmi 6 847 manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayıb. 

Son xəbərlər

Orphus sistemi