​İnkişaf etməkdə olan bazarlardan kapital axını 15 illik maksimuma çatıb

​İnkişaf etməkdə olan bazarlardan kapital axını 15 illik maksimuma çatıb Bu il həmin göstəricinin toplam olaraq 1,2 trln. dollara çatacağı gözlənilir
Maliyyə
20 Yanvar , 2016 16:57
​İnkişaf etməkdə olan bazarlardan kapital axını 15 illik maksimuma çatıb

Bakı. 20 yanvar. REPORT.AZ/ İnkişaf etməkdə olan ölkələrin maliyyə və kapital bazarlarından sərmayə axını 2015-ci ildə 735 mlrd. dollara çataraq son 15 ildə rekord həddə yüksəlib. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, 2016-cı ildə investorların bu bazarlardan daha 448 mlrd. dollar çıxarması proqnozlaşdırılır.

Qeyd edək ki, keçən il bu kateqoriyadan olan ölkələrdən sərmayə axını 2014-cü illə müqayisədə 7 dəfəyə yaxın artıb. Belə ki, analoji göstərici 2014-cü ildə 111 mlrd. dollar təşkil edib. "Bloomberg"in məruzəsində qeyd olunur ki, 2015-ci ildə ən çox sərmayə çıxışı Çində (676 mlrd. dollar) qeydə alınıb. İnkişaf etməkdə olan ölkələrin fond birjaları 2009-cu ilin may ayından etibarən ən minimal həddə enib. Bu ölkələrin 20 valyutası rekord minimal həddə çatıb. Ən pis performans göstərən valyutalar Argentina pesosu, Braziliya realı və Cənubi Afrika randı olub.

Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, Çin yuanının il ərzində 5,5% devalvasiya olması kapital axınını gücləndirib. Bu bazarlarda vəziyyət yaxşılaşmasa, Braziliya, C.Afrika və Tükriyənin milli valyutası ciddi mənfi təsirə məruz qalacaq.

Son xəbərlər

Orphus sistemi