İngiltərə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

İngiltərə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb Monetar ekspansiyanın həcmi də sabit qalıb
Maliyyə
3 Noyabr , 2016 17:02
İngiltərə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Bakı. 3 noyabr. REPORT.AZ/ İngiltərə Mərkəzi Bankı (BoE) bu gün, noyabrın 3-də keçirdiyi növbəti iclasında uçot dərəcəsini dəyişdirməyərək 0,25%-də sabit saxlayıb.

"Report" xəbər verir ki, qərar Bankın Monetar siyasət Komitəsinin bütün 9 üzvü tərəfindən yekdilliklə qəbul edilib. BoE həmçinin monetar ekspansiyanın həcmini 435 mlrd. funt sterlinq (537,7 mlrd. ABŞ dolları) səviyyəsində, korporativ bondların Bank tərəfindən alınması proqramının həcmini isə 10 mlrd. funt sterlinq (12,4 mlrd. dollar) səviyyəsində sabit saxlayıb. Hər iki qərar analitiklərin proqnozlıarı ilə üst-üstə düşüb. BoE bu ilin sonuna qədər uçot dərəcəsini azaltmayacağını bildirib.

Qeyd edək ki, BoE uçot dərəcələrini ən son bu ilin avqustunda, "Brexit" qərarından sonra iqtisadiyyatı stimullaşdırmaq məqsədilə 0,5%-dən 0,25%-ə salıb.

Son xəbərlər

Orphus sistemi